Bakıda özünü binadan atan 16 yaşlı qız vəfat etdi

ÖLKƏ
09:04
15 Oktyabr 2021
835

Bakıda intihara cəhd edən yeniyetmə qız vəfat edib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E. özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.E.-yə bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 16 yaşlı A.Eyvazova vəfat edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti