Aeroport yolundakı qəzada xəsarət alanların adları açıqlandı - Siyahı

XƏBƏR
15:00
14 Oktyabr 2021
390

Ötən gün aeroport yolunda 5 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların adları açıqlanıb.

Sabah.az Baş Dövlət Yol Polis İdarəsinə istinadən xəbər verir ki, qəza nəticəsində avtobusda olan sərnişin 1985-ci il təvəllüdlü Babayeva Kəmalə Eloğlan qızı, eləcə də səkidə və yol kənarında dayanan 1964-cü il təvəllüdlü Abdullayev Məhiyəddin Qara oğlu, 1989-cu il təvəllüdlü Aslanov İlham Elxan oğlu, 1961-ci il təvəllüdlü İsgəndərova İradə Əli qızı və 1965-ci il təvəllüdlü Yaqubova Mehbarə Şaban qızı hadisə yerində ölüb, 1968-ci il təvəllüdlü Tağıyev Zahid Babasan oğlu, 1972-ci il təvəllüdlü Mansurova Samirə Vaqif qızı, 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1954-cü il təvəllüdlü Sapojnikova Anna İsayevna, 1988-ci il təvəllüdlü Hüseynov Ruslan Rövşən oğlu, 1990-cı il təvəllüdlü Sadıqova Gülüş Həsənağa qızı, 1968-ci il təvəllüdlü Səlimov Müslüm Paşa oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Zakir oğlu, 1998-ci il təvəllüdlü Əliyev Muraz Mərdan oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1984-cü il təvəllüdlü Ağayeva Aygün Səməd qızı, 1969-cu il təvəllüdlü Əliyeva Zərifə İsmayıl qızı, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı, 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz Vüsal oğlu, 1986-cı il təvəllüdlü Kərimova Aytən Əli qızı, 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1962-ci il təvəllüdlü Əsadova Mətanət Nurulla qızı, 1993-cü il təvəllüdlü Tağıyev Surət Nüsrət oğlu, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Savalan oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı, 1966-cı il təvəllüdlü Cəbiyev Natiq Taksim oğlu, 1989-cu il təvəllüdlü Həsənova Aynurə Vilayət qızı və 1987-ci il təvəllüdlü Qəribov Cavid Eldəniz oğlu xəsarət alıblar.

Qeyd edək ki, ötən gün saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.

Xəbər lenti