Bu universitetdə tələbələr koronavirusa yoluxdu, qruplar distant təhsilə keçirildi

XƏBƏR
14:46
14 Oktyabr 2021
421

Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 tələbə koronavirusa yoluxub. Bu səbəbdən universitetdə 2 qrupda dərslər distant formaya keçirilib.

Sabah.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yoluxma halı ötən həftənin sonlarında aşkarlanıb və bu həftədən etibarən 14 gün ərzində tələbələr dərslərini distant formada davam edəcəklər.

Qeyd edək ki, sentyabrın 29-dan etibarən Azərbaycanda ali təhsil müəssisələrində tədrisə başlanılıb.

Xəbər lenti