Direktor müavini olmaq istəyənlərin nəzərinə

XƏBƏR
14:39
14 Oktyabr 2021
731

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə nəticəsində tutulmayan və sonradan yaranan vakant yerlər üzrə əlavə müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Sabah.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Mövcud vakant yerlər əsasən Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu və Suraxanı rayonlarında yerləşən ümumi təhsil müəssisələrini əhatə edir.

Müsabiqənin test mərhələsində 25 baldan yuxarı nəticə göstərən və birinci müsahibə mərhələsində iştirak etməyən namizədlərlə əlaqə saxlanaraq müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müvafiq kriteriyalara cavab verən namizədlərlə hər hansı səbəbdən əlaqə saxlanılması mümkün olmasa, həmin namizədlər [email protected] email ünvanına müraciət edə bilərlər.

Xəbər lenti