Bakıdakı Avropa çempionatı ləğv olundu, Dünya Kuboku yarımçıq dayandırıldı

İDMAN
00:15
14 Mart 2020
31

Bakıda 25-29 martda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib. O, bildirib ki, belə bir qərar koronavirus infeksiyası ilə əlaqədar qəbul olunub.

İ.Məmmədov 5-7 iyunda nəzərdə tutulan "Formula 1" üzrə Azərbaycan Qran-prisi barədə hələ qərar qəbul olunmayıb.

Həmçinin Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb. Azərbaycan Gimnastika Federasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan Dünya Kubokunun final mərhələləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq ləğv olunub.

Bildirilib ki, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, Dünya Kuboku martın 12-də start götürüb. İlk iki gündə təsnifat yarışları keçirilib.

Xəbər lenti