Peyvənd olunan yeniyetmələrin sayı açıqlandı

XƏBƏR
13:59
14 Oktyabr 2021
415

“Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar”.

Sabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, bu günə qədər 357 nəfər yeniyetmə vaksinasiyada iştirak edib. Onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.

Xəbər lenti