Xalq artistinin qızına 70 nəfərin zəhərlənməsinə görə hökm oxundu

ÖLKƏ
13:18
14 Oktyabr 2021
767

“Yüksəliş” müsabiqəsinin imtahanında 70 iştirakçının zəhərlənməsinə görə ittiham edilən Tamilla Sadıxovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə “Super Servis Keyterinqi” MMC-nin rəhbəri T.Sadıxova 2 min manat cərimə edilib.

Müsabiqənin imtahanda yeməkləri təmin edən şirkət rəhbəri Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, hadisə zamanı texniki heyət, işçi qrupun üzvləri və müsabiqə iştirakçıları arasında 70 nəfər qidadan zəhərlənmişdi. T. Sadıxova mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızıdır.

Xəbər lenti