Bakıda Polis Şöbəsinə kanalizasiya suyu doldu - Video

XƏBƏR
11:54
14 Oktyabr 2021
489

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda küçədə partlayan kanalizasiya borusunun tullantıları yaxınlıqda yerləşən Dövlət Yol Polisi Şöbəsinin inzibati binasına da daxil olub.

Sabah.az Avtosfer.az-a istinadən xəbər verir ki, Binəqədi şossesində, Binəqədi rayon DYPŞ-nın inzibati binası, otaqları da kanalizasiya suyu ilə dolub. Kanalizasiya suyu daşıb və ətraf əraziləri, insanların həyətini və evini əhatə edib.

Xəbər lenti