Şuşada ilk modul tipli xəstəxana açıldı - Fotolar
17:25
13 Oktyabr 2021
435Şuşada ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Sabah.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış feysbukda bildirib.
6 palatadan ibarət xəstəxana təcili yardım, labaratoriya, reanimasiya və cərrahiyə xidmətləri göstərəcək.
Qeyd edək ki, bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir.



Daha çox