Müdafiə Nazirliyindən Gəncədəki partlayış səsi ilə bağlı - Açıqlama

ÖLKƏ
15:24
13 Oktyabr 2021
684

Müdafiə Nazirliyi Gəncə şəhərindəki partlayış səsləri ilə bağlı açıqlama yayıb.

Sabah.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur.

Xəbər lenti