Bu yolda hərəkət məhdudlaşdırılır

XƏBƏR
10:23
13 Oktyabr 2021
505

Oktyabrın 13-16-da Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sabah.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Xəbər lenti