Mahir Emrelinin ikinci testi neqativ çıxdı

İDMAN
14:48
12 Oktyabr 2021
511

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin ikinci koronavirus testi mənfi çıxıb.

Sabah.az xəbər verir ki, bu barədə onun çıxış etdiyi Polşanın “Legiya” klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruk tvitter hesabında paylaşım edib.

O bildirib ki, həkimlərin rəyinə əsasən ondan götürülən ikinci testin nəticəsi neqativ olub və Emreli özünü yaxşı hiss edir.

Qeyd edək ki, AFFA bu gün yaydığı açıqlamada Mahirin COVİD-19 testinin müsbət çıxması haqda xəbər yayıb. Bildirilib ki, bu səbəbdən futbolçu Azərbaycan millisinin bu gün DÇ-2022-nin Serbiyaya qarşı oyununda iştirak etməyəcək.

Xəbər lenti