Mahir Emreli koronavirusa yoluxdu

İDMAN
09:26
12 Oktyabr 2021
1048

Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

Sabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər lenti