Bakıda qəzalı vəziyyətə düşən məktəb bağlandı - Fotolar
Oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.
Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib.
O qeyd edib ki, bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəli tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilib.
Daha çox