Ağakişi Kazımov dəfn edildi

XƏBƏR
15:37
9 Oktyabr 2021
831

Xalq artisti Ağakişi Kazımov dəfn edilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Xalq artisti dünən vəfat edib.

Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib.

O, Akademik Milli Dram Teatrında, Musiqili Teatrda, Gənc Tamaşaçılar Teatrında tamaşalar qoyub.

A.Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Xəbər lenti