Bakı Zooloji Parkı ziyarətçilər üçün açılıb

ÖLKƏ
13:43
9 Oktyabr 2021
1513

Yenidən qurulan Bakı Zooloji Parkında qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva bildirib.

Onun sözlərinə görə, zooparkda kassa hər gün səhər saat 10:00-dan axşam saat 17:30-a kimi açıq olacaq.

Parka giriş qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazillər, I, II, III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.

N.İsayeva qeyd edib ki, ümumiyyətlə zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb:

“Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda “Qırmızı kitab”a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq”.

Xəbər lenti