Şuşada silah-sursat aşkarlandı

XƏBƏR
16:27
8 Oktyabr 2021
661

Şuşada silah-sursatlar aşkar edilib.

Sabah.az xəbər verir ki, Daxili işlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyi ilə birgə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti