Tibb işçilərinin maaşlarına əlavənin verilməsi müddəti uzadıldı

XƏBƏR
12:03
8 Oktyabr 2021
733

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edilib.

Sabah.az xəbər verir ki, bu haqda Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda deyilir ki, həmin tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsindəki “sentyabrın 1-dək” sözləri “noyabrın 1-dək” sözləri ilə əvəz edilib.

Bununla da COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilməsi müddəti uzadılıb.

Baş nazirin imzaladığı digər qərarla Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin də əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.

Xəbər lenti