Restoran və kafelərlə bağlı yeni qərar - İş rejimi azaldıldı

GÜNDƏM
20:23
13 Mart 2020
110

Azərbaycanda restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib.

Sabah.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Eyni zamanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib.

Bununla yanaşı Azərbaycanda saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.

Xəbər lenti