Qalmaqallı rəis müavini işdən çıxarıldı

ÖLKƏ
17:08
7 Oktyabr 2021
935

Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rövşən Quliyev vəzifəsindən çıxarılıb.

O, hazırda sərəncama götürülüb.

Qeyd edək ki, Rövşən Quliyev gündəmə 2 qardaşın polis şöbəsində döyülməsi haqda xəbərlə gəlmişdi. Qardaşlardan biri Rauf Əmənov iddia etmişdi ki, rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib: “Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı”.

Xəbər lenti