Azərbaycanda toylar qadağan olundu
Koronavirus təhlükəsi səbəbiylə bir ay müddətində Azərbaycanda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.
Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi də (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) qadağan edilib.
Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.
Daha çox