Yeniyetmə qıza təcavüz edənə hökm oxundu

XƏBƏR
13:21
7 Oktyabr 2021
567

Yetkinlik yaşına çatmayan qıza qarşı zorakılıq etməkdə təqsirləndirilən Neftçala rayonu Mirqurbanlı kənd sakini Ş.R-nın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 59 yaşlı kişi 9-cu sinifdə oxuyan qıza təcavüz etdiyinə görə 14 il 6 ay həbs cəzası alıb.

Qeyd edək ki, qızın Ş.R-nın qohumu və əqli problemli olduğu bildirilir. Təqsirləndirilən şəxs qızı 2018-ci ildən 3 il müddətində seksual zorakılığa məruz qoyub. Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi açılmışdı.

Xəbər lenti