Polis polkovniki vəfat etdi
Azərbaycanda uzun müddət daxili işlər orqanlarında çalışmış polis polkovniki Maksim Qədirov vəfat edib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən M.Qədirov ötən gecə dünyasını dəyişib.
Mərhumun xalası oğlu Natiq Dağlaroğlunun məlumatına görə, 75 yaşlı sabiq rəis son 5 gündür ki, xəstəliyi ilə əlaqədar Mərkəzi Klinikada müalicə alırmış. Həkimlərin səylərinə baxmayaraq, M.Qədirovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub. Kəlbəcər, Laçın və Qobustan Rayon Polis Şöbələrinin rəisi vəzifələrində çalışıb. 2017-ci ildən təqaüdə çıxıb. Xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.
Daha çox