Bu gün işdən çıxarılan başçıya PA-da vəzifə verildi

ÖLKƏ
17:52
5 Oktyabr 2021
899

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Gədəbəyin icra başçısı İbrahim Mustafayevə vəzifə verilib.

Sabah.az virtualaz.org-a istinadən xəbər verir ki, o, Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub.

Həmin şöbəyə Prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

Xatırladaq ki, İ.Mustafayev 2018-ci ildən Gədəbəyin icra başçısı idi.

Xəbər lenti