Vaqif Şərifov dəfn edildi - Fotolar

XƏBƏR
16:31
5 Oktyabr 2021
501

Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Vaqif Şərifovla vida mərasimi keçirilib.

Sabah.az "Report"a istinadən xəbər verir ki, Xalq artisti Gəncə şəhər Fəxri xiyabanında dəfn edilib.

Mərasimdə mərhumun ailə üzvləri, incəsənət xadimləri şəhər ictimaiyyəti və tanınmış aktyorlar iştirak ediblər.

Qeyd edək ki, V.Şərifov bu gün səhərə yaxın dünyasını dəyişib.

Xəbər lenti