Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti Vaqif Şərifov vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə Gəncə Dövlət Dram Teatrı məlumat yayıb.
Teatr rejissoru Vaqif Şərifov oktyabrın 5-i səhərə yaxın dünyasını dəyişib.
V.Şərifov bir neçə gün öncə ürəyində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Vaqif Şərifov 1943-cü ildə Gəncədə anadan olub. Müxtəlif illərdə Nazim Hikmətin “Demoklsın qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür” və s. pyeslərə quruluşlar verib. V.Şərifov 2014-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.
Daha çox