Azərbaycanda infeksionist koronavirusdan vəfat etdi

XƏBƏR
09:41
5 Oktyabr 2021
603

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov COVID-19-dan vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Uzun müddətdir koronavirusdan müalicə olunan həkimin terminal koma durumuna düşərək vəfat etdiyi bildirilir.

Qeyd edək ki, İ.Bayramov sentyabrın sonlarından 50 faiz saturasiya göstəricisi ilə Zığ qəsəbəsində yerləşən FHN-in Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xəbər lenti