Daha bir həkim koronavirusdan vəfat etdi

XƏBƏR
16:54
4 Oktyabr 2021
732

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Sabah.az xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim Aydın Qədirov COVID-19-dan dünyasını dəyişib.

Bu haqda onun yaxınları məlumat verib. Bildirilib ki, həkim bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, A.Qədirov bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu olub.

Xəbər lenti