Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi başlayıb

XƏBƏR
11:44
4 Oktyabr 2021
690

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim oktyabrın 8-dək davam edəcək.

Xəbər lenti