Rəcəbov Məmmədyarova qalib gəldi

XƏBƏR
10:26
4 Oktyabr 2021
797

Norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 8-ci turun oyunları keçirilib.

Sabah.az xəbər verir ki, bu turda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

Görüş Rəcəbovun 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalib gəlib.

Xəbər lenti