Zakir Həsənov Gürcüstana getdi

XƏBƏR
10:11
4 Oktyabr 2021
777

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, o, Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

Xəbər lenti