Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb - Yaralılar var+Fotolar

ÖLKƏ
17:59
2 Oktyabr 2021
1873

Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İri tutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.

Hadisə nəticəsində 12 nəfər yaralanıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır. Xəstələr əsasən bud-baldır travmaları alıb. Onların hamısı Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəbər lenti