Narkotikə görə həbs edilən ərinə tiryək gətirdi
Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək istəyən şəxs aşkar edilib.
Sabah.az PX-nin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.1, 237.2.3, 228.1 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Zabil oğlu Əliyevin yanına uzunmüddətli görüşə gəlmiş arvadı Ağdam rayon sakini V.Əliyevanın əl çantasına baxış keçirilən zaman ümumi çəkisi 0,549 qram olan narkotik maddə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Daha çox