“İtkin düşmüş sayılan 7 nəfərdən birinin cəsədi tapılıb” - Kamran Əliyev

XƏBƏR
10:27
1 Oktyabr 2021
826

“Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir”.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, cəsəddən DNT analizi götürülüb:

“Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir”.

Baş prokuror, həmçinin qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin sayı 4 minə yaxındır.

Xəbər lenti