Sumqayıt bulvarında bıçaqlanma
 
                 10:40
10:40 30 Sentyabr 2021
30 Sentyabr 2021 831
831Sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sabah.az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaq tədbirləri davam etdirilir.
Daha çox