Vilyam Hacıyev müalicə müəssisəsinə köçürüldü
 
                 12:48
12:48 29 Sentyabr 2021
29 Sentyabr 2021 894
894İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Sabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Kamandar Nəsibov məlumat verib. O, müvəkkilinin koronavirusa yoluxduğunu təsdiq edib.
Qeyd edək ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq icra başçısının cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınmışdı. İstintaq Təcridxanasından daxil olan bildirişdə V.Hacıyevin ağciyərlərində pnevmoniya aşkarlandığı qeyd edilmişdi.
Daha çox