Kassiri baltalayıb 11 min apardı

HADİSƏ
16:53
13 Mart 2020
80

Masallı şəhəri ərazisindəki mağazaların birindən oğurluq olub.

Sabah.az xəbər verir ki, hadisə martın 12-də qeydə alınıb.

Belə ki, orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirilərək quldurluq yolu ilə kassadakı 11.700 manat pul aparılıb.

Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Musaküçə kənd sakini R.Şahverdiyev saxlanılıb.

RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti