Məzahir Pənahov deputatlarla əllə görüşmədi

ÖLKƏ
16:26
13 Mart 2020
78

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlara vəsiqələr təqdim edilib.

Sabah.az sherg.az-a istinadən xəbər verir ki, vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.

Qeyd edək ki, M.Pənahov sənədləri təqdim edərkən deputatlarla əllə görüşməyib. Hətta bir neçə deputat ona əl uzatsa da, MSK sədri onların əlini havada qoyub və Milli Məclis üzvlərinə koronavirusa görə əllə görüşməməyi tövsiyə edib.

Xəbər lenti