Buludxan Xəlilov vəfat etdi
11:23
27 Sentyabr 2021
799Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Buludxan Xəlilov 55 yaşında dünyasını dəyişib.
Sabah.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, B.Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayan professor ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir.
Daha çox