Ramin Bayramlı bu vəzifəsindən də ayrıldı

XƏBƏR
17:52
24 Sentyabr 2021
581

Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.

Sabah.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

G.Aslanova qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb:

“Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.

Xəbər lenti