Kəlbəcərə icazəsiz keçmək istəyən saxlanıldı

XƏBƏR
15:12
24 Sentyabr 2021
660

Sentyabrın 17-də Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Kəlbəcər rayonuna müvafiq icazə olmadan getmək istəyən rayonun Toğanalı kənd sakini Zaman Verdiyevi saxlayıblar.

Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Z.Verdiyev polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onun həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Məhkəmənin qərarı ilə Z.Verdiyev barəsində inzibati tənbeh tədbiri görülüb.

Xəbər lenti