Qazinin medalını oğurlayan şəxs tutuldu - Video

XƏBƏR
13:07
24 Sentyabr 2021
656

Vətən Müharibəsində iştirak edən şəxsin pulunu və medalını oğurlayan şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd  Vətən Müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib.

Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.

Xəbər lenti