Bakıda silahlı şəxs saxlanıldı - Foto

XƏBƏR
14:47
13 Mart 2020
62

Bakıda qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata əsasən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Ağamehdi İslamov Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı atəşə yararlı tapança, 7 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti