Hazırda tıxac olan yolların - Siyahısı

XƏBƏR
09:40
24 Sentyabr 2021
748

Bakı Nəqliyyat Agentliyi paytaxtda tıxac olan küçə və prospektlərin adlarını açıqlayıb.

Sabah.az xəbər verir ki, hazırda Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Tıxac olan digər yollar:

- Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər;

- Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində;

- Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində;

- Heydər Əliyev prospekti - orta və kənar yol, Atletlər kəndinin qarşısından mərkəz istiqamətində;

- Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində;

- Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə.

Xəbər lenti