Kərim Kərimov vəfat etdi

ÖLKƏ
14:30
23 Sentyabr 2021
952

Milli Məclisin sabiq deputatı, “91-lər”in üzvü olan Kərim Kərimov dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev məlumat paylaşıb.

O qeyd edib ki, mərhum həm də YAP Nərimanov rayon təşkilatının ilk sədri olub.

Qeyd edək ki, K.Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Üç övladı olan K.Kərimov YAP-ın Veteranlar Şurasının üzvü idi.

Xəbər lenti