Çaylarda sel və daşqın müşahidə olunur - Faktiki hava
Sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.
Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, güclü yağış nəticəsində Balakənçay ( Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala ) hazırda sel və daşqın hadisəsi müşahidə olunur.
Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161 faizi), Əlibəydə 12.0 mm (aylıq normanın 100 faizi), Zaqatalada 94.0 mm (aylıq normanın 110 faizi), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub.
Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.
Daha çox