Bu ərazilərdə su olmayacaq

XƏBƏR
10:45
23 Sentyabr 2021
627

Oğuz-Qəbələ-Bakı su kəmərində planlı təmir işləri aparılacaq.

Sabah.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron rayonunun, Bakının Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.

Xəbər lenti