Bu yollarda tıxac var - Siyahı

XƏBƏR
09:15
23 Sentyabr 2021
407

Bakı Nəqliyyat Agentliyi paytaxtda tıxac olan küçə və prospektlərin adlarını açıqlayıb.

Sabah.az xəbər verir ki, hazırda Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Tıxac olan digər yollar:

Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi, tunelin içi və kənar yol- hər iki istiqamətdə;

Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər;

Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində;

Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində;

Mikayıl Hüseynov prospekti - Azneft dairəsi istiqamətində;

Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində;

Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində.

Xəbər lenti