Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - Yenilənib

XƏBƏR
14:58
22 Sentyabr 2021
978

Qazax rayon sakini minaya düşüb.

Sabah.az xəbər verir ki, bir neçə saat öncə rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.

İlkin məlumata görə, həmin şəxs traktorla yer şumlayan zaman minaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

***

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Bu barədə Qazax rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Xəbər lenti