Hava şəraiti ilə bağlı daha bir - Xəbərdarlıq

ÖLKƏ
09:01
22 Sentyabr 2021
1211

Bu gün axşamdan sabah gündüzədək dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

Xəbər lenti